HÖRÜN MƏNİ DAŞ YERİNƏ
Haqq kəndirdən asıldıqca,
Cılızlandıq qısıldıqca.
Aqil başlar kəsildikcə,
Kötük bitdi baş yerinə.
Dərdli könül gülməz isə,
Qəhər çökər gülbənizə.
Köç yolunda ölməzisə,
Bir gün dönər quş yerinə.
İllərdir qan ağlar gözüm,
Eşidilməz oldu sözüm.
Axı baxıb necə dözüm,
Qəbirlərin boş yerinə.
Viranədir hər yer viran,
Ağca evlər olub talan.
Qarbağı alan insan
Keç könlümün baş yerinə!
Zərraf, bağ-bağça əkilir,
Tunellər, yollar çəkilr.
Yeni Kəlbəcər tikilir,
Hörün məni daş yerinə!
Professor Zərraf Şirinov
Subyekt.az