![]()
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin amnistiya elan edilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. 20 mindən artıq şəxsi əhatə edəcək bu amnistiya təşəbbüsü dövlətimizin humanist dəyərlərə sadiqliyinin bariz nümunəsidir.
Bu mühüm qərar on minlərlə ailənin sevincinə səbəb olmaqla yanaşı, sosial ədalətin və insanpərvərliyin təcəssümüdür. Prezident İlham Əliyevin bu möhtəşəm təşəbbüsü yüksək humanizm aktı kimi dəyərləndirilir və ölkə vətəndaşları tərəfindən dərin minnətdarlıqla qarşılanır.
Qeyd etmək lazımdır ki, amnistiya təşəbbüsü Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasının 5-ci ildönümünə təsadüf etməklə xüsusi rəmzi məna daşıyır. Bu addım dövlət başçısının hüquqi dövlət quruculuğuna, milli birlik və həmrəyliyin möhkəmləndirilməsinə verdiyi önəmin növbəti təsdiqidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu humanist siyasət Azərbaycan dövlətinin gücünü, ədalətə və insana dəyər verən yanaşmasını bir daha nümayiş etdirir.

#Prezident #İlhamƏliyev #Amnistiya
Rövşən Hüseynli
Subyekt.az