Prezident İlham Əliyev sərəncamlar imzaladı
Əli Cavad oğlu Əhmədov Azərbaycan Baş nazirinin müavini vəzifəsindən azad edilib.
Ə.Əhmədov Milli Məclis sədrinin birinci müavini seçilib.
Polad Bülbüloğlu Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Qeyd edək ki, P.Bülbüloğlu Milli Məclisin Mədəniyyət komitəsinin sədri seçilib.
Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Ş.Seyidzadə və A.Əsgərov Milli Məclisin deputatlarıdır.
Subyekt.az