Skip to content
15 May 2025
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə təbriki
  • Xəbərlər

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə təbriki

08 Aprel 2024
WhatsApp Image 2024-04-08 at 17.20.51
11

Loading

Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar.

Subyekt.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrikində yer alıb.

Dövlətimizin başçısı vurğulayıb ki, xalqımız taleyinin ən çətin dönəmlərində belə öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlayıb. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuzillik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır.

“Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq hissləri ilə yola salırlar. Ölkəmizin hər yerində xalqımıza xas xeyriyyəçilik və yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad edilir. Ümidvaram ki, dua və niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcək”, – deyə Prezident İlham Əliyev qeyd edib.

Subyekt.az

Continue Reading

Previous: Şeyx bayram vaxtını və fitrənin məbləğini açıqladı
Next: TƏCİLİ! Bu şəxslərin vahid aylıq müavinəti dayandırıldı – QƏRAR

Arxivlər

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Apr    

Son Yazılar

  • Tanınmış aktrisa vəfat etdi
  • “Sənə demişdim, ailəmə dil uzatma” – Xaçmazda kişinin cinsi orqanı buna görə kəsilib
  • Quba Rayon Təngəaltı kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib
  • Oyuncaq maşınla Bakı küçələrinə çıxan kişi təhlükə yaratdı 
  • Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Həcc ziyarətinə gedəcək şəhid ailələri, qazi və ağsaqqalla görüş keçirilib

Son şərhlər

  1. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  2. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  3. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  4. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

akt
  • Dünya
  • Mədəniyyət

Tanınmış aktrisa vəfat etdi

15 May 2025
bıaqq
  • Kriminal
  • Ölkə

“Sənə demişdim, ailəmə dil uzatma” – Xaçmazda kişinin cinsi orqanı buna görə kəsilib

15 May 2025
qub
  • Ölkə
  • Sosial

Quba Rayon Təngəaltı kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib

15 May 2025
3
  • Hadisə
  • Ölkə

Oyuncaq maşınla Bakı küçələrinə çıxan kişi təhlükə yaratdı 

15 May 2025
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.                                    
MENU
  • Dünya
  • Xəbərlər
  • İqtisadiyyat
  • Ölkə
  • Təhsil
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Təhsil
  • Xəbərlər
  • Əlaqə