![]()
Tibb, Dillər və Azərbaycan Universitetində baş tutan tədbirlər zamanı Nəsimi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Vüqar Ağayev narkomanlıq və onun yaratdığı təhlükələrdən, həmçinin dini radikalizmin zərərli təsirlərindən danışıb, kibertalamalarla mübarizə üsulları barədə məlumatlar verib, bu istiqamətlərdə görülən qətiyyətli mübarizə tədbirlərindən bəhs edib. V.Ağayev neqativ halların aradan qaldırılması üçün vətəndaş məsuliyyətinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb, gənclərin zərərli vərdişlərdən uzaq olmaları, sağlam həyat tərzi sürmələri, güclü iradəyə sahib olub doğru yolu seçmələri üçün tövsiyələr verib.
Sonda tələbələrin mövzularla bağlı sualları cavablandırılıb.

.

Subyekt.az