
Daşkəsən Rayon Polis Şöbəsinin inzibati binasında polis akademiyasında təhsil almaq istəyən yuxarı sinif şagirdləri və valideynləri ilə görüş keçirilib.
Görüş zamanı iştirakçılara ölkəmizdə sabitliyin və asayişin təmin olunmasında, eləcə də hüquq normalarının qorunmasında daxili işlər orqanlarının fədəkar xidməti haqqında ətraflı məlumat verilib. Sıralarımıza qatılmaq arzusunda olan gənclərə sağlam həyat tərzi keçirmələri, dərslərini yaxşı oxumaları tövsiyə edilib. Həmçinin polisin gündəlik fəaliyyəti şagirdlərin diqqətinə çatdırılıb və Polis Akademiyasında yaradılan şərait, kitabxanalar, laboratoriyalar haqqında onlara geniş məlumatlar verilib.
Tədbirin sonunda məktəbliləri və valideynləri maraqlandıran suallar cavablandırılıb.

Subyekt.az