Polad Bülbüloğlu səfir vəzifəsindən geri çağırıldı
23 Sentyabr 2024
5
Polad Bülbüloğlu Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Yayılan xəbərə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Polad Bülbüloğlu VII Çağırış Milli Məclisin deputatı seçilib.