PISA 2025 nəticələri açıqlanıb: Azərbaycan ən yüksək irəliləyiş göstərən 2-ci ölkədir
08 Sentyabr 2026
PISA 2025 nəticələrinə əsasən bu qiymətləndirmə dövründə iştirak etmiş 91 ölkənin yalnız bir qismi əvvəlki dövrlə müqayisədə irəliləyiş göstərib.
Azərbaycan hər üç istiqamət üzrə dünyada ən böyük irəliləyiş əldə edən ölkələr sırasında yer alıb:
riyaziyyat üzrə 63, təbiət elmləri üzrə 60, oxu üzrə 40 bal.
Azərbaycan PISA 2025 tədqiqatında ilk dəfə ölkə üzrə genişmiqyaslı şəkildə iştirak edib.
Əvvəlki PISA tədqiqatlarında iştirak yalnız Bakı şəhərini əhatə etdiyi halda, 2025-ci ildə ölkənin müxtəlif iqtisadi rayonlarında yerləşən şəhər və kənd məktəbləri prosesə cəlb olunub.