
Bu gün Bakının Xətai, Yasamal və Xəzər rayonlarının bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi xəbər verir. Bildirilib ki, Xətai rayonu, M. Hadi küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Yasamal rayonu, İzmir küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Xəzər rayonu, “Türkan-1” QPS-də yeni quraşdırılmış tənzimləyici qovşaqların birləşmə işlərinin aparılması məqsədilə martın 7-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Subyekt.az