![]()
DİN-in Su Nəqliyyatında Polis İdarəsi tərəfindən keçirilən tədbirlər nəticəsində Xəzər rayonu, Buzovna qəsəbəsi, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən göllərdə, həmçinin Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsi ərazisində Qaraçay çayının sahilində və Balakən rayonunda Dəliçay çayı ərazisində su qanunvericiliyinin tələblərinin pozulması halları aşkarlanıb.
Belə ki, su hövzələrinin tikinti-söküntü və məişət tullantıları, bərk və qarışıq süxurlarla qanunsuz doldurulması, akvatoriyaya torpaq və digər materialların tökülməsi, sahilboyu mühafizə zolağında torpaq-qazıntı işlərinin aparılması, eləcə də icazəsiz qazıntı işləri nəticəsində yerin relyefinin dəyişdirilməsi və hidroloji rejimin pozulmasına səbəb olan hallar müəyyən edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.
Subyekt.az