
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq.
Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq.
Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.
Hər birinizə sağlıq sevinc, xoşbəxtlik gətirsin!
Subyekt.az