“Demək istədiyim hər şeyi artıq demişəm, şərh edəcək başqa heç nə yoxdur”. Ermənistan KİV-i xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan jurnalistlərlə söhbətində Qarabağ mövzusunda suala cavabında bildirib. O, Qarabağın Ermənistanın aidiyyatının olmadığını bir daha təkrarlayıb.