Paşinyan COP29-a qədər sülh sazişini imzalamağı təklif edir“Ermənistan Azərbaycanı sülh müqaviləsinin razılaşdırılmış bəndlərini Bakıda keçiriləcək COP29-a qədər imzalamağa dəvət edir”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-də “Sülh naminə liderlik” mövzusunda müzakirələr zamanı deyib.b Paşinyan bildirib ki, o və rəhbərlik etdiyi hökumət firavanlıq, sabitlik və sülh naminə münaqişəyə son qoymağa, əməkdaşlığa çevirməyə sadiqdir: “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”.
Subyekt.az