“Bakıya gedəcəksiniz” sualına belə “cavab” verdi –
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərin “Ermənistandan kimsə Bakıda keçiriləcək COP29-a gedəcəkmi?” sualına cavab verməkdən imtina edib.
Subyekt.az Metbuat.az-a istinadən xəbər verir ki, bu anın görüntüləri Teleqram kanallarında yayılıb.
Qeyd edək ki, COP29 sammitində iştirak üçün Ermənistan nümayəndə heyətinin qeydiyyatdan keçdiyi barədə məlumat yayılıb.
Subyekt.az