![]()
Pakistan Əfqanıstan yük maşınlarının Hindistana keçməsinə icazə verib. Pakistan hakimiyyəti ölkə ilə ticarətin dayandırılmasından təxminən bir həftə sonra 150 əfqan yük maşınının Hindistana keçməsinə icazə verib. Sözügedən qərar Pakkistan Xarici İşlər Nazirliyi tərəfindən yazılı açıqlamada bildirilib. Bəyanatda deyilir: “Pakistan hökuməti Hindistana tranzit yük daşıyan və 25 aprel 2025-ci il tarixindən əvvəl Pakistana daxil olmuş Əfqanıstan yük maşınlarının yüklərin çatdırılması üçün Vagah sərhədindən keçməsinə icazə verilməsi qərara alınıb”.
İslamabad administrasiyası aprelin 24-də Pahalqam rayonunda baş verən terror aktından sonra gərginliyin artması ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçirib. Aprelin 22-də Hindistanın idarə etdiyi Cammu və Kəşmir əyalətinin Pahalqam rayonunda silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Hindistan tərəfi bu aktı törədənlərin Pakistan vətəndaşları olduğununiddia edib və bitərəflik olaraq “Hind Suları Müqaviləsi”ni dayandırıb. Bununla yanaşı, Hindistan Yeni Dehlidə çalışan Pakistanlı müşavirlərdən bir həftə ərzində ölkəni tərk etmələrini istəyib və Pakistan vətəndaşlarına viza xidmətlərinin dayandırıldığını və əvvəllər verilmiş bütün vizaların ləğv edildiyini açıqlayıb.
Pakistan ittihamları rədd edib və Hindistanın İslamabaddakı diplomatik işçilərinin sayını məhdudlaşdırıb. Eyni zamanda Pakistan Hindistanla bütün ticarəti dayandırdığını və bu ölkəyə hava məkanını bağladığını açıqlayıb.
Subyekt.az