![]()
Subyekt.az Turkustan.az-a istinadla xəbər verir ki, Dawn qəzetinin məlumatına görə, rəsmilər Malikpur rayonundakı fabrikdəki partlayışın qaz sızması nəticəsində baş verdiyini və yanğının ətrafdakı binalara keçdiyini bildirib.
Partlayış nəticəsində 15 nəfərin öldüyü, çoxlu sayda yaralının olduğu bildirilib.
Səlahiyyətlilər partlayış nəticəsində ərazidəki 7 evin zərər gördüyünü, fabrikin və ona bitişik evlərin damlarının uçduğunu bildirib.
Hadisə ilə bağlı istintaq komissiyasının yaradıldığı açıqlanıb.
Subyekt.az