![]()
Pakistan ordusu Hindistan tərəfindən həyata keçirilən hücuma adekvat cavab verib. Bu barədə Geo.tv hərbi mənbələrə istinadən xəbər verir. Belə ki, Pakistan təhlükəsizlik qüvvələri aprelin 29-dan 30-na keçən gecə Hindistan ordusu tərəfindən həyata keçirilən hücuma cavab olaraq qarşı tərəfin hərbi postunu darmadağın edib. İnsidenti şərh edən rəsmi İslamabad həyata keçirilən hərbi əməliyyatı bir gün əvvəl Hindistan hərbçiləri tərəfindən atəşkəsin pozulmasına cavab addımı kimi dəyərləndirib.
Subyekt.az