![]()
Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyya Öndərin vida mərasimində qalmaqal yaşanıb. Mərhum üçün Atatürk Mədəniyyət Mərkəzində keçirilən vida mərasimində Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ yumruqla hücum edilib.
Hücum anında Özəlin başını tutduğu və mühafizəçilərinin dərhal müdaxilə etdiyi müşahidə olunub.
Subyekt.az