![]()
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 17-də ümumi çəkisi 41 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 38,6 kiloqramdan artıq marixuana, 2,4 kiloqramdan çox heroin, həmçinin 59 ədəd metadon həbi olub.
Subyekt.az