![]()
İlham Əliyev tərəfindən imzalanmış yeni sərəncama əsasən, Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin Administrasiyası strukturunda Prezidentin Mətbuat katibi vəzifəsinə təyin edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minib.
Yeni təyinat dövlət başçısının informasiya siyasətinin daha effektiv təşkili, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi və Prezident fəaliyyətinin operativ şəkildə işıqlandırılması istiqamətində atılan addım kimi qiymətləndirilir.
Qeyd edək ki, Orxan Səttarov bundan əvvəl müxtəlif media və kommunikasiya sahələrində fəaliyyət göstərərək peşəkar təcrübə qazanıb.
Subyekt.az xəbər verir ki, bu təyinat ölkədə informasiya idarəçiliyinin təkmilləşdirilməsi və dövlət qurumlarının media ilə əlaqələrinin daha da gücləndirilməsi məqsədi daşıyır.
Subyekt.az