![]()
İsraildə ilk dəfə hantavirus infeksiyasına yoluxma halı qeydə alınıb. Subyekt.az bildirir “Yeni Sabah” -a istinadla xəbər verir ki, bu barədə “Maariv” nəşri məlumat yayıb. Bildirilir ki, xəstənin bir neçə ay əvvəl Şərqi Avropaya səfəri zamanı virusa yoluxduğu ehtimal olunur. Şəxs xəstəliyin simptomları ortaya çıxdıqdan sonra həkimə müraciət edib.
Məlumata görə, xəstənin yaşadığı yer və müalicə olunduğu tibb müəssisəsinin adı hələ açıqlanmır. Pasiyentdə əvvəlcə hantavirusa qarşı anticisim testi aparılıb və virusla təmas təsdiqlənib. Daha sonra PCR testi ilə virusun genetik materialı aşkarlanaraq diaqnoz dəqiqləşdirilib.
Hazırda xəstənin vəziyyətinin stabil olduğu, reanimasiyaya ehtiyac duymadığı və həkim nəzarətində saxlanıldığı bildirilir. Mütəxəssislər bildirirlər ki, İsraildə aşkarlanan virus Avropa mənşəli ştamdır. Bu ştam hazırda “MV Hondius” kruiz gəmisində yayılan və daha təhlükəli hesab edilən Andes ştamından fərqlənir.
Son məlumatlara görə, Andes ştamı ilə əlaqəli epidemiya nəticəsində kruiz gəmisində üç nəfər – hollandiyalı cütlük və Almaniya vətəndaşı həyatını itirib. Ümumilikdə səkkiz təsdiqlənmiş və ya şübhəli yoluxma qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, virusun geniş yayılma riski aşağıdır və onun gündəlik təmas yolu ilə yayılmasına dair sübut yoxdur.
Subyekt.az