Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, 2024-cü ilin ötən dövrü ərzində qeydə alınan su çiçəyi hadisələrinin səviyyəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunur.
“Qeyd etmək lazımdır ki, su çiçəyi xəstəliyinə qarşı ölkədə peyvəndləmə aparılmır . Qeydə alınan xəstəlik ocaqlarında profilaktik və əks-epidemik tədbirlərin aparılması təmin edilir. Epidemioloji vəziyyət nəzarət altındadır və səhiyyə orqanları tərəfindən diqqətlə izlənilir”,- deyə qurumdan əlavə edilib.
Subyekt.az