![]()
Oktyabrın 1-29-da Beyləqanda, Siyəzəndə, İsmayıllıda, Yevlaxda, Lökbatanda və Xırdalanda, oktyabrın 1-7-də Cəbrayılda, oktyabrın 1-14-də Samuxda və Lerikdə, oktyabrın 12-29-da Füzulidə, oktyabrın 16-29-da Göygöldə və Yardımlıda vətəndaşlara səyyar xidmət göstəriləcək.
Dövlət Agentliyindən Subyekt.az AZƏRTAC-a istinadən verilən məlumata görə, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.
Səyyar ASAN xidmət avtobusları həftəiçi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.
Cəbrayıl, Füzuli, Lerik, Beyləqan və Yardımlıda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobuslarında isə iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.
Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.