![]()
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almağı hədəfləyən yuxarı sinif şagirdləri ilə Oğuz Rayon Polis Şöbəsində görüş təşkil olunub.
RPŞ-nin rəisi polis polkovnik-leytenantı Fərid Fətəliyev Polis Akademiyasında həyata keçirilən müasir təlim-tədris prosesi barədə məktəbliləri məlumatlandırıb.
Həmçinin akademiyanın nümayəndəsi “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə qəbul şərtlərini şagirdlərin diqqətinə çatdırıb, onları maraqlandıran sualları cavablandırıb.
Sonda Polis Akademiyasındakı tədris prosesini əks etdirən videoçarx nümayiş etdirilib və polisin gündəlik xidməti fəaliyyəti ilə tanışlıq olub.
.
Subyekt.az