![]()
Subyekt.az Turkustan.az -a istinadla xəbər verir ki, lakin İran bu təklifi rədd edib. İranın xarici işlər naziri Abbas Ərakçi isə bildirib ki, Tehran və Vaşinqton vasitəçi tapmaqda çətinlik çəkmir, əsas problem ABŞ-ın mövqeyidir.
Qəzetin yazdığına görə, İran və İraq rəsmiləri atəşkəs təklifinin Tehrana İraqın Baş naziri Əli əl-Zeydi tərəfindən çatdırıldığını təsdiqləyiblər. Uğursuz vasitəçilik cəhdi ABŞ prezidenti Donald Trampın müharibəni genişləndirmək və İranın mühüm infrastrukturunu hədəfə almaqla bağlı sərt bəyanatları ilə eyni vaxta təsadüf edib.
Milli təhlükəsizlik məsələlərinin həssaslığı səbəbindən adlarının açıqlanmasını istəməyən mənbələr bildiriblər ki, Əli əl-Zeydinin Tehrana səfəri onun Ağ Evdə Donald Trampla keçirdiyi görüşdən qısa müddət sonra baş tutub.
Subyekt.az