![]()
Səfər çərçivəsində Ruandanın İnkişaf Şurası, Ruandanın dövlət xidməti naziri, eləcə də digər aidiyyati qurumların rəhbər vəzifəli şəxslərinin iştirakı ilə görüş keçirdik. ASAN Xidmət, həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə əlaqədar geniş təqdimat etdik.
Görüşdən sonra Dövlət Agentliyi ilə Ruandanın İnkişaf Şurası arasında Anlaşma Memorandumu imzalandı. Məqsəd “ASAN xidmət” təcrübəsinin Ruandada tətbiqidir. Anlaşma Memorandumunun implementasiyası çərçivəsində “ASAN xidmət” təcrübəsi əsasında Ruandada dövlət xidməti mərkəzinin yaradılması planlaşdırılır.
#BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə baş tutmuş 29-cu sessiyası (#COP29) çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ruanda Respublikasının Prezidenti Pol Kaqame arasında keçirilmiş görüş zamanı qarşı tərəf “ASAN xidmət” təcrübəsinin Ruandada tətbiqində maraqlı olduğunu bildirib və bu çərçivədə Ruanda nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

.

.

.

Ulvi Mehdiyev
Subyekt.az