![]()
Dövlət Gömrük Komitəsinin Akademiyasında Novruz bayramı münasibətilə tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbənin bu bayrama xüsusi məna və dəyər qazandırdığını, artıq Novruzun ölkəmizin bütün regionlarında qeyd olunduğunu bildirib.
Tədbirdə həmçinin tələbələrin hazırladıqları bayram xonçaları, Novruz adət-ənənələrini əks etdirən rəsm əsərləri nümayiş olunub.

.

.

.

Subyekt.az