![]()
18 mart 2025-ci il tarixdə Novruz bayramı münasibəti ilə “Quba Meydanı” Mədəniyyət və İstirahət parkında ümumrayon tədbiri keçirilmişdir. Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil edilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, şəhid ailələri və qazilər, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların rəhbərləri və kollektivləri, rayonun bütün idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları, həmçinin ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbir Bahar qızı və Dədə Qorqudun Novruz təbriklərini çatdırması ilə başlanmış, daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Novruz tonqalını alovlandırmış və aidiyyəti şəxslərlə birlikdə mədəniyyət və istirahət parkının ərazisində rayonun idarə, müəssisə və təşkilatları, RİHB-nın İƏD-lər üzrə nümayəndəlikləri və bələdiyyələr tərəfindən təşki edilmiş ayrı-ayrı guşələrə baxış keçirmişdir. Tədbir bayram konserti ilə davam etdirilmişdir.

.

.

.

.

.

.

.

.

Subyekt.az