![]()
Bu gün Kəlbəcər rayonunun Zərqulu kəndində anadan olmuş, uzun illər ölkənin meliorasiya sahəsində səmərəli fəaliyyəti ilə seçilən Qasımov Nofəl Xalıqverdi oğlunun 60 illik yubileyi qeyd olunur.
Nofəl Qasımov 7 iyul 1966-cı ildə zəhmətkeş ailəsində dünyaya göz açıb. Əmək fəaliyyətinin mühüm hissəsini meliorasiya sahəsinə həsr edən yubilyar müxtəlif məsul vəzifələrdə çalışıb, peşəkarlığı, işinə məsuliyyətli yanaşması və nümunəvi xidməti ilə seçilib. O, uzunmüddətli səmərəli fəaliyyətinə görə rəhbərlik tərəfindən dəfələrlə fəxri fərmanlar, təşəkkürnamələr və digər mükafatlarla təltif edilib.
Nofəl müəllim həm də doğma Kəlbəcərə bağlılığı, el-obaya sədaqəti, yüksək insani keyfiyyətləri və səmimiyyəti ilə tanınan, cəmiyyət arasında hörmət qazanan ziyalılardan biridir.
Subyekt.az xəbər portalının kollektivi Nofəl Qasımovu 60 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayır.
Yubileyiniz mübarək olsun!






Subyekt.az