![]()
Metroda keçid stansiyaları sərnişinlərin vaxt itirmədən və əlavə ödəniş etmədən bir xətdən digərinə keçməsi üçün imkan yaradır.
Subyekt.az Sfera.az-a istinadla xəbər verir ki, bu, metropoliten daxilində ən qısa və ən səmərəli hərəkət yoludur.
Metropolitenin gələcək xəritəsində yeni keçidlər bu sistemi daha da gücləndirəcək:
“B-5” stansiyası “Nizami” ilə birbaşa əlaqə yaradaraq Yaşıl xəttə keçid təmin edəcək;
“B-6A” stansiyasından “Sahil”ə birbaşa keçidin olması Qırmızı xətt üzrə hərəkəti xeyli sadələşdirəcək;
“B-7” paytaxtın cənub istiqamətində əsas nəqliyyat, yaşayış və biznes məkanlarını birləşdirəcək;
“Y-17” isə Qırmızı xəttin son dayanacağı və Yaşıl xətti birləşdirərək fasiləsiz axını təmin edəcək.
Subyekt.az