![]()
Bu gün Azərbaycanın görkəmli dirijoru, bəstəkarı və musiqi xadimi Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 114 illiyi tamam olur.
Niyazi 1912-ci ildə Tbilisi şəhərində anadan olub. Azərbaycan milli dirijorluq məktəbinin formalaşmasında mühüm rol oynayan sənətkar uzun illər Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru və Azərbaycan Dövlət Filarmoniyasının direktoru kimi fəaliyyət göstərib.
Yaradıcılığında “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası, “Çitra” baleti və digər əsərlər xüsusi yer tutur. O, həmçinin Azərbaycan xalq mahnılarını simfonik orkestr üçün işləyib, “Rast” və “Şur” muğamlarını nota salıb.
Niyazinin dirijor kimi fəaliyyəti Azərbaycan sərhədlərini aşaraq dünyanın müxtəlif ölkələrində böyük rəğbətlə qarşılanıb. 1959-cu ildə SSRİ Xalq artisti, 1982-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Görkəmli sənətkar 1984-cü ildə vəfat edib və Bakıda Birinci Fəxri xiyabanda dəfn olunub.
Subyekt.az