
Ölkəmizdə 1 sentyabr növbədənkənar parlament seçkilərinə yüksək səviyyədə hazırlıqlar davam edir. Mərkəzi Seçki Komissiyası üzərinə düşən vəzifəni və öhdəlikləri şəfaf şəkildə həyata keçirir, namizədlərə təbliğat və təşviqat işlərinin Seçki Məcəlləsinə uyğun şəkildə həyata keçirilməsi üçün nəzərdə tutulan qaydada imkanlar yaradılır. Bu seçki ölkəmiz üçün çox böyük önəm daşıyır. Bu seçki ərazi bütövlüyümüz təmin olunandan sonra keçiriləcək ilk parlament seçkiləridir. Digər şəhər və rayonlarda olduğu kimi Kəlbəcər rayonunda da seçkiyə yüksək əhval ruhiyyə ilə yüksək səviyyəli hazırlıq işləri aparılır. Namizədliyini irəli sürən hər bir namizədə təbliğat və təşviqat kampaniyası aparması üçün bərabər səviyyəli imkanlar yaradılıb. Heç bir namizəd hələ ki, kampaniya boyunca hər hansı neqativ halla qarşılaşdığını dilə gətirməyib. 123 saylı Kəlbəcər seçki dairəsindən 12 nəfər namizəd qeydə alınsa da sonradan bir nəfər öz namizədliyini geri götürüb. Hal- hazırda 11 nəfər namizəd təbliğat və təşviqat kompaniyası həyata keçirir. Namizədlərdən biri də Mircəlil Qasımlıdır. 32 yaşlı gənc namizədin haqqında, həyat və fəaliyyəti barədə açıqlama ilə tanış olsam da şəxsi tanışlığım yox idi. 20 avqust 2024 cü il tarixində Abşeron rayonu Xırdalan şəhərində yerləşən Mədəniyyət Mərkəzində seçicilərlə görüşdə iştirak etmək qərarına gəldim. Məqsədim Kəlbəcərdən deputat olmaq istəyən Mircəlil Qasımlını yaxından tanımaq, intllektinə, insanlarla davranışına yaxından bələd olmaq, suallarımı ünvanlamaq, təkliflərimi vermək idi. Mircəlil Qaısmlı ilə görüşdə iştirak etdiyimə çox sevindim. Çünki onu yüksək intellektə, mədəniyyətə, savada, dinləmək bacarığına malik yetişmiş bir gənc kimi kəşf etmiş oldum. İndiyə qədər Mircəlil Qasımlı özü haqqında yaydığı yazılı açıqlamalarda təvazökarlıq edərək çox şeyləri yazmayıb. Gənc bir insan çoxda uzun olmayan həyat yolunda necə bir ağsaqqal və ziyalı kimi formalaşmışdır. Mən bir neçə saatlıq görüşdə bunun şahidi oldum. Bu, ilk öncə Mircəlil Qasımlının ailə tərbiyəsindən və həyatda tutduğu mövqedən irəli gəlir. Uzun illər seçki kampaniyalarında görmüşük ki, namizədlər pafoslu çıxışlar edir, çox böyük vədlər verir. Mircəlil Qasımlı isə əksinə, Azərbaycan Respublikasının Milli Məclisinə seçiləcəyi təqdirdə hər bir kəlbəcərli soydaşlarının müraciətlərinin konstitusion hüquq çərçivəsində həllinə çalışacağını, hər bir soydaşımızın millət vəkili olacağını dilə gətirir. Mircəlil Qasımlı pafoslu çıxışlarla seçicini əldə etmək yolunu seçən namizəd deyil. Belə yüksək intellekti olan bir gənc namizədi tanıdığım üçün, görüşündə iştirak etdiyim üçün qürur duydum. Zamanımı boşuna xərcləməmişdim özüm üçün savadlı yüksək intellekti və insanlarla ünsiyyət bacarığı olan gənc kəşf etmişdim. Qarşılıqlı diskussiya şəraitində keçən tədbirdə hər bir seçiciyə sual vermək və çıxış imkanlarının yaradılması ondan xəbər verirdi ki, qarşımızdakı namizəd Mircəlil Qasımlı öz savadına dünya görüşünə insanlarla ünsiyyət qurmaq bacarığına yetərincə malikdir və arxayındır.
Millət vəkilliyinə namizəd Mircəlil Qasımlı çıxış edərək seçiciləri öz seçki platforması ilə tanış etdikdən sonra hər bir sual verən və çıxış edən seçicilərin toxunduğu məsələlərə öz fikirlərini və cavabını aydın və dolğun şəkildə verirdi. Yenə də yüksək mədəniyyətlə və nəzakətli şəkildə səsləndirilən təklifləri dinləyir öz üçün müəyyən qeydləri aparırdı. Bu görüşə qədər tam səmimiyyətimlə deyirəm, namizədlər arasında seçim etməkdə tərəddüd içərisində idim. Mircəlil Qasımlının seçicilərlə görüşündən sonra içimdə olan tərəddüd aradan qalxdı. Mən artıq bu görüşdə 1 sentyabrda seçkilərə gedən zaman səs verəcəyim namizədi tapmış oldum. Bu namizəd gənc yüksək mədəniyyətə sahib, intellekti ilə məni özünə heyran edən Mircəlil Qasımlıdır. Məni tanıyan və səmimiyətimə inanan hər kəsə əziz və doğmalarıma qardaş və bacılarıma, dostlarıma, dəyərli həmyerlilərimə buradan səslənirəm. Sizi Mili Məclisdə ləyaqətlə təmsil edən bir millət vəkili istəyirsinizsə o zaman seçiminiz Mircəlil Qasımlı olsun, bu seçimlə siz özünüzə tək bir millət vəkili yox dost qardaş övlad seçmiş olacaqsınız! Mən seçimimi etdim, mənim seçimim Mircəlil Qasımlıdır, sıra sizdədir dəyərli Kəlbəcərlilərim, seçiminizi doğru edin, elə bir namizədi seçin ki, seçildiyi təqdirdə Milli Məclisdə qarşılaşdığınız problemləri həll etmək bacarığı olsun.
Bu gün seçəcəyimiz millət vəkilinin üzərin ikiqat məsuliyyət düşür. İşğaldan azad edilən yurd yerlərimizin abadlıq və quruculuq işləri həyata keçirilir. Elə etməliyik ki, seçdiyimiz millət vəkili kəlbəcərlilərin yenidən abad olan yurd yerlərimizdə çətinliklərlə qarşılaşmaması üçün lazım olan təklifləri Milli Məclisdə səsləndirə bilsin. Kəlbəcərin yeraltı və yerüstü sərvətlərinin, flora və faunasın qorunması və düzgün istifadəsi üçün lazımı qərarların qəbul olunmasında mühüm rol oynasın. Rayonun inkşafı, iş imkanlarının yaradılması lazımi infrastrukturun qurulması üçün təkliflər paketinin hazırlanıb dövlət qurumlarına təqdim edilməsi və o cümlədən Milli Məclisdə qanunların qəbul edilməsinə nail ola bilsin. Mən inanır və ümid edirəm ki, yuxarıda sadaladığım təkliflərin həyata keçirilməsinin öhdəsindən Mircəlil Qasımlı ləyaqətlə gələcəkdir.
Rövşən Hüseynli
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Subyekt.az