Nazir yaşayış yeri üzrə qeydiyyatla bağlı qərarda dəyişiklik etdi
14 May 2026
Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın formasının təsdiq edilməsinə dair Daxili İşlər Nazirliyinin Kollegiyasının qərarında dəyişiklik edilib.
Subyekt.az Sfera.az-a istinadla bildirir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.
Qərara əsasən, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın yeni forması təsdiq olunub.