![]()
Dosent Nazilə Salmanova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktoru təyin edilib.
Subyekt.az Sfera.az-a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb.
Qeyd edək ki, N. Salmanova elmi fəaliyyəti dövründə Polimer Materialları İnstitutunda, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda, eləcə də Azərbaycan Dövlət Neft Akademiyasında (ADNSU) müxtəlif elmi və pedaqoji vəzifələrdə çalışıb.
Subyekt.az