![]()
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2026-cı il üzrə statistik göstəricilərinə əsasən, muxtar respublikada sağlamlıq imkanları məhdud 2170 uşaq qeydiyyatdadır.
Subyekt.az xəbər verir ki , komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onlardan 46-sı daun sindromlu uşaqlardır. Daun sindromlu uşaqlardan 24-ü oğlan, 22-si isə qızdır. Bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində muxtar respublikada ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, onların erkən yaşlardan sosial mühitə uyğunlaşması, bacarıqlarının inkişaf etdirilməsi və təhsilə cəlb olunması məqsədilə bağçalara, ümumtəhsil müəssisələrinə və məktəbdənkənar dərnəklərə yönləndirilməsi təmin edilir.
Subyekt.az