![]()
İqtisadi inkişaf davamlı xarakterə malik olduqca, uzunmüddətli islahatların da mahiyyətini yüksəltmiş olur, onun yeni-yeni mərhələləri bir-birini əvəz edir və bununla da, milli iqtisadiyyat üçün aktual olan yeniliklərin həyata keçirilməsi səmərəliliyinə görə seçilməkdədir. Milli iqtisadiyyat üzrə uzunmüddətli perspektivlərin daha da əlçatan olması məqsədilə, daha səmərəli idarəetmə mexanizmlərinin dövriyyəyə salınması, qarşıya qoyulan prioritetlərin miqyasını, əhəmiyyətini, səmərəliliyini yüksəltmiş, onun regional və milli əhəmiyyətini artırmışdır.
Təbii olaraq, bütün bunlar, ölkəmizdə milli iqtisadiyyatın şaxələndirilməsinin, onun müqavimətliliyinin və nəticə etibarı ilə diversifikasiya olunması proseslərinin olduqca mühüm tərəflərini, istiqamətlərini və yönlərini təşkil etməkdədir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrikliklə əsaslarını müəyyən etdiyi milli iqtisadiyyat üzrə inkişaf strategiyası özündə bir çox sahələrin uzunmüddətli perspektivliliyi ilə yanaşı, eyni zamanda, xüsusilə, aparıcı sahələr olaraq, aqrar bölmənin və sənaye sahəsinin qarşılıqlı inkişafını təmin etmiş və bununla da, yeni keyfiyyət mərhələsinin sarsılmaz əsaslarını yaratmışdır.
Hələ 2014-cü ilin ölkəmizdə “Sənaye İli” olaraq, elan edilməsi sənayeləşmə siyasətinin perspektivliliyinin çox zəruri ifadəsi olaraq, çıxış etməkdə idi. Məhz bu dövrdən başlayaraq, əslində sənayeləşmə siyasətinin çoxistiqamətliliyinə xas olan tədbirlərin həyata keçirilməsi mümkün oldu ki, bununla da, etibarlı təşkilatlanma sahəsində mühüm mərhələ başlandı. Həmin tədbirlər müstəvisində, 24 aprel 2024-cü il tarixində ölkə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Sənaye Parkları haqqında Nümunəvi Əsasnamənin”, 13 may 2015-ci il tarixində isə, Nazirlər Kabineti tərəfindən “Sənaye Məhəlləsi haqqında Nümunəvi Əsasnamənin” təsdiq olunması bəhs olunan təşkilatlanmanın iqtisadi və hüquqi tənzimlənməsi sahəsində də həlledici mərhələni başlatmış oldu. Bildirmək olar ki, həmin dövrlərdən başlayaraq, ölkəmizdə faktiki olaraq, Sənaye Park və Məhəllələrinin yaradılması mərhələlərinə başlanıldı. Artıq bu gün ölkəmizdə 8 Sənaye Parkı və 5 Sənaye Məhəlləsi fəaliyyət göstərməkdədir ki, bunun da, makroiqtisadi inkişaf proseslərinin iqtisadi əhəmiyyəti ilə yanaşı, eyni zamanda, onun sosial səmərəliliyinin də yüksəldilməsində təsiri böyük olmaqdadır. Ümumiyyətlə, diqqət etdikdə aydın olur ki, Sənaye Parklarının yaradılması proseslərinin bir çox üstünlükləri özünü göstərməkdədir. Təbii olaraq, bu proseslərdə, Sənye Parklarının yaradılması məqsədləri də yerini almaqdadır. Həmin məqsədlər, həm də Sənaye Parklarının yaradılmış olduqları ərazilərin regional xüsusiyyətlərinə, coğrafi əhəmiyyətinə görə də müəyyən olunduğu görünməkdədir. Bəhs olunan məqsədlər çərçivəsində:
– Ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin yaradılması;
– Bu sahədə sahibkarlığın dəstəklənməsi;
– Qeyri-neft sektorunun davamlı inkişafının təmin olunması;
– Müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil olunması;
– İşğaldan azad olunan ərazilərin dirçəldilməsi;
– Qarabağın sənaye potensialının inkişaf etdirilməsi;
– Əhalinin istehsal sahəsində məşğulluğunun artırılması;
– Qeyri-neft sənaye sahələrinin davamlı inkişafının təmin olunması;
– Sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi;
– Qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması;
– Əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması;
– Əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq olunması;
– İstehsal sahəsində əhalinin məşğulluğunun artırılması kimi məsələlər olduqca aktuallıq kəsb etməkdədir.
Hazırda ölkəmizin müxtəlif bölgələrində, Sumqayıt Kimya Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Ağdam Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Hacıqabul Sənaye Parkı fəaliyyət göstərməkdə idi ki, onların sırasında artıq Naxçıvan Sənaye Parkını da görəcəyik.
Qeyd etmək olar ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizin davamlı, sistemli və əlaqəli inkişafının təmin olunması sahəsində yeni keyfiyyət mərhələsinin əsaslarını müəyyən etmiş oldu. Belə ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 5 dekabr 2024-cü il tarixində imzalanan Fərmana əsasən, Naxçıvan Sənaye Parkı yaradılmışdır. Bu Fərman da, Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmaq etibarı ilə ölkənin milli iqtisadiyyatın tam və dolğun inteqrasiya olunması sahəsində mühüm bir addım oldu.
Naxçıvan Sənaye Parkının yaradılması, ölkəmizdə sənayeləşmə siyasətinin olduqca uğurlu nəticəsi olaraq, ifadə oluna bilər. Hər şeydən əvvəl, bu Sənaye Parkı, muxtar respublika iqtisadiyyatının milli iqtisadiyyata inteqrasiya proseslərini daha da sürətləndirəcək və ölkənin qarşıdakı mərhələlər üzrə hədəflərini daha da əlçatan etmiş olacaq. Bir sözlə, Sənaye Park və Məhəllələrinin yaradılması, bütün tərəflərinə görə:
– Sahibkarlıq fəaliyyətinin təşkili və idarə olunmasına, ideya və təşəbbüslərinin dəstəklənməsinə, bu sahə üzrə məhsul istehsalının stimullaşdırılmasına;
– zəruri infrastruktur təsisatlarının yaradılmasına, maddi-texniki təchizatların daha da əlçatan olmasına;
– rəqabətədavamlı məhsul istehsalının həyata keçirilməsinə;
– məşğulluq səviyyəsinin yüksəldilməsinə;
– sosial siyasətin və dayanıqlılığın daha da etibarlılığına və digər tədbirlərin reallaşmasına təminat yaratmış oldu.
Müdrik rəhbərimizin Fərmanına əsasən yaradılmış olan Naxçıvan Sənaye Parkının əhatə edəcəyi ərazinin xarakterik xüsusiyyətlərinə nəzərə saldıqda aydın olur ki, burada, muxtar respublikanın əsasə əkinçilik bölgəsi olan Arazboyudüzənlik sahəsi yerləşir ki, bu da, əkançilik məhsullarının 90 faizini özündə cəmləşdirməkdədir. Bu o demək olur ki, Naxçıvan Sənaye Parkının fəaliyyəti üçün kifayət qədər xammal ehtiyatları mövcud olacaq və bununla da, mezoiqtisadi baxımdan başlanmış olan potensial makoriqtisadi inkişaf üçün davamlılıq gətirəcək. Bu isə, təbii olaraq, onun sənaye əhəmiyyətinin yüksəldilməsində həlledici mərhələni təşkil etmiş olacaq.
Digər bir tərəfdən, Naxçıvan Sənaye Parkının yaradılması, 2019-cu ildə yaradılmış olan Şərur Sənaye Məhəlləsinin də fəaliyyətində motivasiya və hərəkətlənmələri, bununla da, iqtisadi səmərəliliyi daha da yüksəltmiş olacaq. Həmçinin bu, muxtar respublikanın digər regionlarında da, yeni dayanıqlı kənd təsərrüfatı məhsullalrının yaradılmasına və bu əsasda da, sənaye əhəmiyyətli məhsulların istehsalının stimullaşdırılmasına təkan vermiş olacaq.
Hələ 13 sentyabr 2019-cu il tarixli Fərmanı ilə Şərur Sənaye Məhəlləsinin yaradılması haqqında Fərmanın 7.1, 7.2 və 7.3-cü bəndlərində də müəyyən olunan “Naxçıvan Muxtar Respublikasında yaradılan Sənaye Məhəllələri” ifadəsindən də aydın olur ki, muxtar respublikada Şərur Sənaye Məhəlləsindən sonra yeni Sənaye Məhəllələri və ya Parklarının yaradılması da nəzərə alınmışdır. Yəni dövlətin iqtisadi prioritetlərində Naxçıvan Muxtar Respublikasının uzunmüddətli sosial-iqtisadi inkişafı məsələləri strateji məsələ olaraq yer almaqdadır. Təbii olaraq, bütün bu məsələlərin səmərəli şəkildə olmaqla, tənzimlənməsi, Sənaye park və Məhəllələrinin makroiqtisadi inkişafdakı yerinin, rolunun və əhəmiyyətinin yüksəldilməsi ilə də özünü göstərmiş olacaq.
Bununla yanaşı olaraq, 5 iyun 2023-cü il tarixində, ölkə başçısı tərəfindən Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət proqramında da, muxtar respublikanın davamlı makroiqtisadi inkişafında Sənayeləşmə siyasətinin əhəmiyyəti aktuallığı ilə seçilmiş və burada Sənaye Park və Məhəllələrinin yaradılması da məqsədəuyğun hesab olunmuşdur. Eyni zamanda, 15 sentyabr 2023-cü il də, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamı müvafiq tədbirlərin həyata keçirilməsini daha da sürətlənməsini təmin etmiş oldu. Bu Sərəncamla təsdiq olunan Təfsilatlı Tədbirlər Planı”nın “İxracyönümlü sənayenin inkişafı” adlı VIII maddəsinin müddəalarına əsasən Sənaye Parkının yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda, 8.3.1 –ci bəndində Naxçıvan Muxtar Respublikasında Sənaye Parkının yaradılması nəzərə alınmış və bunun üçün:
– Sənaye Parkının yaradılması üçün müvafiq sənədlərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması;
– Sənaye Parkının ərazi sərhədlərinin dəqiq təsviri və ərazinin planının hazırlanması;
– Sənaye Parkı üzrə müvafiq sənədlərin hazırlanması və təqdim olunması;
– Sənaye Parkının fəaliyyətə başlaması;
– Sənaye Parkının layihələndirilməsi işlərinə başlanılması kimi tədbirlər öz yerini almışdır.
Bir sözlə, Naxçıvan Sənaye Parkının yaradılması, 2019-cu ildə yaradılmış Şərur Sənaye Məhəlləsinin müəssisələrində istehsal olunan məhsulların əhatəsini, çeşidini və istehlakçıya çatdırılması proseslərini daha da sürətləndirmiş olacaq ki, bu da, sənayenin idarə olunması sahəsindəki proseslərin səmərəliliyinin yüksəldilməsinə təminat yaradacaq. Təbii olaraq, belə bir vəziyyət isə, muxtar respublika sakinlərinin və eyni zamanda, ölkəmizin digər bölgələrində olan insanların əmtəələrə əlçatanlığının daha da yaxşılaşdırılması sahəsində dövriyyəni daha da sürətləndirmiş olacaq. Həmçinin, bu, əhalinin maddi rifah halının yaxşılaşmasına və güclənməsinə öz hərəkətverici təsirini göstərmiş olacaq.
Diqqət etdikdə, aydın olur ki, Sənaye Parklarının yaradılması, bir neçə istiqamətdə təminatlılıq yaradır ki, bunlardan biri də, məşğulluq sahəsindəki göstəricilərlə bağlı olmaqdadır. Diqqət etdikdə aydın olur ki, Sumqayıt Kimya Sənaye Parkının sahəsi 613 hektardır ki, burada da, 9080 iş yeri açılmışdır. Təbii olaraq, bu, əhalinin rifah halının yaxşılaşdırılmasında mühüm göstərici olaraq, çıxış etməkdədir. Bu göstəriciləri müvafiq olaraq, digər Sənaye Parkları üçün də aid etdikdə aydın olur ki:
– Pirallahı Sənaye Parkının sahəsi 30 hektar olmaqla, 555;
– Qaradağ Sənaye Parkının sahəsi 72 hektar olmaqla, 727;
– Ağdam Sənaye Parkının sahəsi 190 hektar olmaqla, 2287;
– “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının sahəsi 200 hektar olmaqla, 2020;
– Mingəçevir Sənaye Parkının sahəsi 26 hektar olmaqla, 570;
– Hacıqabul Sənaye Parkının sahəsi 60 hektar olmaqla, 1789 iş yerinin açılması təmin olunmuşdur. Təhlillərimizi yeni yaradılmış olan Naxçıvan Sənaye Parkına da aid etmiş olsaq, aydın olur ki, bu Sənaye Parkının sahəsi 310 hektar olmaqla, yaxın mərhələlər ərzində burada, təxminən 3000-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Beləliklə, Naxçıvan Sənaye Parkının da yaradılması, bir tərəfdən kiçik və orta sahibkarlıq subyektlərinin inkişafında mühüm mərhələ olacaq, bir tərəfdən zəruri infrastruktur təchizatlarının yaradılmasına təkan verəcək, bütün tərəflərinə görə isə, muxtar respublikanın yeni reallıqlar müstəvisində etibarlı vədayanıqlı iqtisadi inkişafında yeni mərhələni təmin etmiş olacaq.
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
Subyekt.az