
“Naxçıvan Duz İstehsalı” MMC-nin partlayış üçün sərf olunan xammal və materialların alınması ilə əlaqədar elan etdiyi tender ləğv olunub. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərarda bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Subyekt.az