Donald Tramp Ukrayna münaqişəsinin həllində Rusiya Prezidenti Vladimir Putinlə əməkdaşlıq edərsə, NATO və Qərb təhlükəsizlik sistemini qaranlıq gələcək gözləyir.
Subyekt.az Turkustan.az-a istinadən xəbər verir ki, bunu “Blumberq”in yazarı Maks Qastinqs deyib.
“Avropa 1941-ci ildən bəri heç vaxt olmadığı qədər ABŞ-dan daha da uzaqda yeni həyata hazırlaşır. Ümumi mənzərə aydındır: Donald Tramp Vladimir Putinlə Ukrayna problemini həll etmək üçün verdiyi sözə əməl etsə, NATO və Qərbin kollektiv təhlükəsizliyinin gələcəyi qaranlıqdır. Co Bayden Avropanın təhlükəsizliyinin ABŞ-ın həyati maraqları arasında olduğuna inanan Ağ Evin sonuncu rəhbəri olacaq”, – Qastinqs bildirib.
Subyekt.az