Dəyərli dostlar, əziz izləyicilər, illərdir ki, gücümüz, səsimiz çatacaq qədər cəmiyyətdə olan problemləri, vacib iqtisadi, sosial məsələləri gündəmə gətirib həllinə çalışırıq. Mediada, sosial şəbəkələrdə insanları narahat edən problemləri qaldırırıq, amma artıq problemlərdən danışmaq yox, onları həll etməyin zamanıdır. Bunun üçün isə səlahiyyət gərəkdir, siz kömək edin, səlahiyyət qazanaq ki, sizin qarşınızda məsuliyyətimiz də artsın.
Subyekt.az Natiq Cəfərlinin sosial şəbəkədə etdiyi paylaşımı sizlərlə paylaşır.
Ölkəmizin yönünü, yolunu müəyyən edəcək Parlament seçkiləri gəlir, hamımızın aktiv olmasına ehtiyac var, biz aylar öncə seçkilərə hazırlaşmağa başladıq, artıq komandamız formalaşır, amma daha çox müşahidəçiyə, daha çox iştirakçıya ehtiyacımız var. Mən bu il 33 saylı Xətai birinci seçki dairəsindən namizəd olmağa hazırlaşıram, 3 dəfə namizəd oluduğum (ikisində qeydiyyatdan keçdim, birində qeydiyyata almadılar) 12 saylı dairə ləğv edilib, ərazisi dəyişdirilib. 33 saylı dairənin isə 4 ildən çoxdur ki, təmsilçisi, deputatı yoxdur, 2020-ci ildə dairədə nəticələr ləğv edildi, təkrar seçkilər isə keçirilmədi. Yəni, 4 ildən çox deputatı olmayan dairəni təmsil etməyə hazırlaşırıq, köməyinizə, dəstəyinizə ehtiyacımız var. Mənim Seçki komandamın rəhbəri Fariz Zohrabov bəydir, onun telefon nömrəsini qeyd edirəm, +994 70 918 31 10, onunla, mənimlə birbaşa əlaqə saxlayıb seçki sürəcində dəstək olmağınızı rica edirəm. Biz birlikdə çox işlərə qadirik, bir olaq ki, diri qalaq! Eşq!
Subyekt.az