Narkotik vasitənin təsiri altında avtobus idarə edən şəxs sürücülük hüququndan məhrum edilməklə inzibati qaydada həbs edilib
Mayın 23-də saat 18 radələrində Abşeron rayonu ərazisində yerləşən postda manevr qaydasını pozan “Daewoo” markalı avtobusun sürücüsü Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü Mirdamət Nəbiyevin narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan polis əməkdaşları tərəfindən onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə M.Nəbiyev 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati qaydada həbs olunub.
Subyekt.az