![]()
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, müayinə zamanı özünün də etiraf etdiyi kimi, narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilən N.Zeynalov inzibati məsuliyyətə cəlb edilib.
“BDYPİ narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir”, – məlumatda bildirilib.
Subyekt.az