![]()
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa İlham Əliyevlə görüşüb.
Məlum olduğu kimi, Azərbaycanın görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir.
Əsəd hakimiyyəti illərində Nəsiminin məzarı baxımsız qalıb, vətəndaş müharibəsi illərində isə bəzi hissələri dağılıb.
Məlumata görə, Nəsiminin məzarının bərpa edilməsi müzakirə edilir.
Rəsmi açıqlamada deyilir ki, liderlərin görüşündə mədəni abidələrin bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Subyekt.az