![]()
Xalq şairi Nəriman Həsənzadə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Subyekt.az Turkustan.az-a istinadla xəbər verir ki, məlumatı Mərkəzi Klinik Xəstəxanadan təsdiqləyiblər.
Bildirilib ki, N.Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə qəbul olunub.
Qeyd edilib ki, bu gün saat 19:00-a olan məlumata əsasən, xalq şairinin vəziyyəti ağır-stabil qiymətləndirilir.
Xəstəxanadan bildirilib ki, həkimlərin nəzarəti altında onun müalicəsi davam etdirilir.
Subyekt.az