![]()
İlk dəfə olaraq Azərbaycanda fermer reytinqi tətbiq olunmağa başlayır. Bunu artıq keçən ildən test rejimində işə salmışdıq, bu ildən isə məhz subsidiyanın verilməsində istifadə edəcəyik.
Subyekt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində jurnalistlərə müsahibəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Fermer reytinqinin üç əsas sütun üzərindən qiymətləndirildiyini qeyd edən nazir deyib: “Birinci, fermerin əkdiyi məhsulun iqtisadi faydası, iqtisadi dəyəri. İkinci, tətbiq etdiyi aqrotexniki tədbirlər və üsullar. Üçüncü iqlimə dayanıqlı aqrar fəaliyyətin göstərilməsi. Bu üç meyar əsasında fermer balı formalaşdırılır və Elektron Kənd Təsərrüfatında bəyan edilən məlumata uyğun olaraq qiymətləndirilir. İlk dəfə bu il avans subsidiyası verilməsində bu qiymətlənirmələr nəzərə alınacaq”.
Subyekt.az