
Serbiya Prezidenti Aleksandr Vuçiç ölkədəki etirazlar fonunda istefa vermək fikrində deyil. Subyekt.az “Cebheinfo.az” -a istinadla xəbər verir ki, o, bu barədə dünən axşam saatlarında Belqradda müxalifətin böyük mitinqindən sonra keçirilən mətbuat konfransında bildirib. Polis iştirakçıların sayının 107 min nəfər olduğu deyilir. Müxalifət 500 mindən 1 milyona qədər insanın küçələrə çıxdığını iddia edib. Vuçiç mitinqlər zamanı asayişin pozulması hallarının olduğunu bildirib. Etirazçılar 60-dan çox partlayıcıdan istifadə ediblər. “Serb fermerlərinə məxsus 100-dən çox traktor xarab olub. Əgər traktorlar olmasaydı, qan tökülməməsi çətin ki, mümkün olardı”, – Vuçiç bildirib. Onun sözlərinə görə, qarışıqlıqda iştirak edən bütün şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunacaqlar.
Subyekt.az