
“Şagirdlər arasında qidalanma ilə bağlı ən çox yayılan səhvlər səhər növbəsində oxuyanların çox vaxt məktəbə ac və ya yüngül, “ayaqüstü” atışdırmalıqlar yeyərək gəlməsidir. Günə və dərsə gümrah, sağlam başlamaq üçün faydalı səhər yeməyi çox vacibdir”. Bu şəhri “Sağlam radio”da yayımlanan “Sağlam səhər” verilişində qonaq olan pediatr Günay Rəsulova açıqlayıb. Onun sözlərinə görə, hazır paketli qidalar, fastfud, tez hazırlanan sendviçlər, yüksək şəkər tərkibli hazır bişmələr boş və yüksək kalorili, qida dəyəri isə çox az olduğu üçün uşaqlar bu kimi qidalardan uzaq olmalıdırlar.
subyekt.az