![]()
Milli Məclisin deputatı Müşfiq Cəfərov Gəncə şəhərində növbəti dəfə vətəndaş qəbulu keçirib. Qəbul zamanı şəhər sakinlərinin müxtəlif məzmunlu müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətrafında müzakirələr aparılıb.
Subyekt.az xəbər verir ki, Görüşdə əsasən sosial müdafiə, məşğulluq, kommunal xidmətlər, infrastruktur və digər aktual problemlərlə bağlı müraciətlər səsləndirilib. Deputat hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.
Vurğulanıb ki, səsləndirilən məsələlər aidiyyəti qurumlara yönləndiriləcək, müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həlli təmin ediləcək.
Müşfiq Cəfərov vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasının vacibliyini qeyd edib və qəbulların mütəmadi olaraq davam etdiriləcəyini diqqətə çatdırıb.



Subyekt.az