![]()
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 24 aprel 2026-cı il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov Xidmətin Sabirabad rayon şöbəsinin inzibati binasında Sabirabad, Saatlı, İmişli, Beyləqan, Xocavənd şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların 20 aprel 2026-cı il tarixədək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.
Subyekt.az