![]()
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş verən və beynəlxalq gündəmi silkələyən epizod əslində təkcə bir sual-cavab deyildi. Bu, illərdir xaricdən idarə olunan, “demokratiya” pərdəsi altında Azərbaycanı hədəfə alan dairələrin ifşası idi. Birinci vitse-prezidentə ünvanlanan sualın müəllifi – xarici kəşfiyyat orqanlarının sifarişlərini könüllü icra edən Emin Hüseynov – demokratiya ritorikası ilə tribunaya çıxsa da, aldığı cavabla öz siyasi bioqrafiyasının ən rüsvayçı səhifəsini bir daha xatırlatdı.
Xalq müdrikliyi təsadüfi demir: “Özü özünə elədiyini el yığıla eləyə bilməz.” Emin Hüseynov da məhz öz keçmişinin girovuna çevrilmiş fiqur kimi çıxış etdi.
Ölkədə demokratiyanın durumu barədə sual ünvanlayan Emin Hüseynov, Birinci vitse-prezident Mehriban Əliyevadan aldığı cavabla sözün əsl mənasında susduruldu:
“Siz qadın paltarında səfirlikdə gizlənən adamsınız. Sizə uğurlar arzulayıram.”
Bu, emosional reaksiya deyildi. Bu, dövlət təcrübəsinin, siyasi iradənin və zamanında deyilməli olan həqiqətin qısa, lakin hədəfi dəqiq vuran ifadəsi idi. Xaricdə oturub Azərbaycanı hər fürsətdə “satmağa” çalışan bir şəxsi bundan daha aydın, daha sarsıdıcı şəkildə ifşa etmək mümkün deyildi.
Əgər Mehriban Əliyeva bu sualı cavabsız qoysaydı, Avropanın mərkəzində saxta “müxalif qəhrəman” obrazı yaratmaq istəyənlər məqsədlərinə qismən də olsa çata bilərdilər. Lakin cavab verildi və o cavabla təkcə bir adam yox, bütöv bir şəbəkə, bir siyasi maskarad açıq şəkildə nümayiş etdirildi.
Emin Hüseynov üçün bu an tarixə düşdü. Çünki illər keçsə də, hansı ölkənin hansı xüsusi xidmət orqanı onu himayə etsə də, həmin o “qadın paltarı” metaforası onun siyasi kimliyindən silinməyəcək. Bu, böyük siyasətin səhnəsində verilmiş, ünvanına tam dəyən və yaddaşlardan silinməyəcək bir cavab idi. İMZA
Rövşən Hüseynli
Subyekt.az