Bizə müraciətlər daxil olub, amma informativ xarakter daşıyır.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.
“Nə qədər müraciət daxil olsa, araşdırılacaq. Pozuntu kimi bizə təqdim edilən faktlar ətraflı araşdırılacaq. Missiyasını başa çatdırmamış beynəlxalq müşahidəçiləri və qurumları da araşdırma prosesinə dəvət edəcəyik”, – MSK sədri qeyd edib.
M.Pənahov bildirib ki, bu gündən etibarən dairə seçki komissiyalarının protokolları MSK-ya daxil olmağa başlayacaq.
“İki gün müddətində bütün 125 seçki dairəsindən DSK-nın protokolları MSK-ya daxil olduqdan sonra MSK-nın üzvləri, işçi və ekspert qrupları bu sənədləri araşdıracaq. MSK-ya əgər hansısa müraciət, şikayət daxil olubsa, onların hamısı araşdırılacaq. MSK bu proseslərə ən geci 20 gün müddətində yekun vuracaq. Araşdırmalar başa çatdıqdan sonra MSK qərar qəbul edəcək və daxil olmuş bütün sənədlər MSK-nın və DSK-ların protokolları ilə birlikdə Konstitusiya Məhkəməsinə təqdim olunacaq”, – MSK sədri əlavə edib.
Subyekt.az